Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Təfəkkür, zəka, güc, savad, intellektual səviyyə birləşəndə yenilməz bir sərkərdə obrazı yaradır

0

  • İnsani xüsusiyətlərindən olan xalqa, Vətənə, dövlət və dövlətçiliyə sevgi hissi, bəlkə də, insan dünyaya gələn gündən onun qəlbinə həkk olunur. Sonra isə doğulduğu ailədən,​ boya- başa çatdığı vətəndən başlayır xalq sevgisi. O xalq xoşbəxtdir ki, onun dar günündə arxalandığı, güvəndiyi bir sərkərdəsi - bir dövlət başçısı var. Bəli, bu xalq elə bizim Azərbaycan xalqıdır ki, onun Heydər Əliyev kimi Ümummilli Lideri olmuş və İlham Əliyev kimi Ali Baş Komandanı var.​​ ​ Mən məqaləmi əbəs yerə bu ifadələrlə başlamadım. Cənab Prezident İlham Əliyevin həyat və fəaliyyət xronologiyasına səyahət edəndə Heydər Əliyev siyasi xəttinin yüksək şəkildə davam olunduğunun şahidi oluruq. Həm də Azərbaycanın dövlət başçısının rəhbərlik üslubu müasirlik, qətiyyətlilik, mübarizlik ideyalarına əsasən özünəməxsusluğu ilə seçilir.​​ ​ İlham Əliyev hələ 1998-ci il martın 31- də San-Fransiskoda Stenford üniversitetindəki sanballı, ləyaqətli çıxışı və dolğun cavabları ilə özünü bacarıqlı və savadlı diplomat kimi təqdim etmişdir. Ümumiyyətlə, həmin illər İlham Əliyev siyasi və diplomatik arenada geniş miqyasda müşahidə olunurdu. Gələcəkdə bu gənc şəxsin ideya və siyasi fəaliyyətinin özündəki zəkaya söykənəcəyini əksər dövlət liderləri və siyasətçiləri daha aydın hiss edirdilər. İlham​ Əliyevin böyük dahi siyasətçi Heydər Əliyevdən öyrəndəyi ən mühüm dərslərdən biri xalqa inam və xalqın inamını qazanmaqdır.​​ ​ Geniş zəka və intellektual savada malik olan İlham Əliyev hər zaman Heydər Əliyevin fəaliyyətinin izləyicisi olmuşdur. Hətta o, atasının öz ailəsi ilə bərabər təhlükə ilə üzləşdiyini bilsə də, atdığı cəsarətli addımlara qarşı dura bilməmişdir.​​ ​ İlham Əliyevin MOK-a rəhbərlik etdiyi 10 il ərzində Azərbaycan idmanının şöhrəti yüksəklərə qalxıb, idman dünyasının ölkəmizə marağı artıb. 2016-cı ildə Yay Olimpiya Oyunlarının ölkəmizdə keçirilməsi bunun əsas göstəricisidir. Əlbəttə, belə bir nəticə ölkənin təkcə idman sahəsindəki nüfuzunu deyil, həm də ümumi inkişaf səviyyəsinin beynəlxalq aləmdə nümayiş etdirir. Respublikamızın hər bir regionunda yüksək standartlara cavab verən idman komplekslərinin mövcudluğu gənclərin idman sahəsində inkişaf etməsi üçün zəruri şərait yaradır.​​ ​ İlham Əliyev xarici dövlətlərdəki konfranslarda öz qətiyyətli və diplomatik çıxışları ilə toplantı iştirakçılarını inandıra bilmişdir ki,​ "Azərbaycanda milli istehsalın sürətlə artımı müşahidə olunur​ və burada genişmiqyaslı özəlləşdirmə, iqtisadi islahatlar öz müsbət nəticələrini verməkdədir. "​Və belə də oldu. Tarixi şərait davam etdikcə İlham Əliyevin düşüncələri öz yerini alırdı.​​ Müstəqil​ Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin inkişafı əsas problem idi. Belə bir şəraitdə Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətlərdən doğurdu. 1999-cu ildə YAP yaradıldı, İlham Əliyev sədr müavini, 2005-ci ildə isə sədri seçildi. Partiya yaradılan kimi həm Heydər Əliyev, həm də İlham Əliyev onun fəaliyyətində fəal iştirak etməyə başladılar. Azərbaycanın siyasi həyatına yeni nəfəs gəldi. Artıq İlham Əliyev Azərbaycan üçün bir varis kimi yetişmişdi.​​ ​ Azərbaycan xalqının keşməkeşli tarixində 2003-cü ilin 15 oktyabrı öz izi ilə qaldı. Həmin gün Ulu Öndər kursunun layiqli davamçısı İlham Əliyev xalqımızın ehtimadını qazanaraq Azərbaycanın Prezidenti seçildi və bununla da müstəqil Azərbaycanın inkişafında yeni bir mərhələ başlandı. Dünyanın ABŞ, Türkiyə, Rusiya, Fransa və s. inkişaf etmiş ölkələri xalqın iradəsini bəyəndi və bunu çox uğurlu addım kimi qiymətləndirdilər. Azərbaycan bir daha tanındı, inkişaf etdi, yeni layihələrə imza atdı. 2008-ci ilin oktyabrında xalq yenə də Prezident İlham Əliyevə səs verdi və öz prezidentini seçdi. Xalqın İlham Əliyevə ehtimad göstərməsi onun siyasətinin uğurları ilə bağlı idi. Xalq artıq hər şeyi gözəl anlayırdı. Heydər Əliyev siyasətini​ layiqlə, olduğu kimi ancaq Prezident İlham Əliyev davam etdirə bilərdi. Ona görə də 2013-cü il oktyabrın 9-da keçirilən prezident seçkilərində xalq yenə kütləvi şəkildə İlham Əliyevə səs verərək özünə lider qəbul etdi. Bu illər ərzində Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin sayını artırdı və beynəlxalq müstəvidə layiqli yerini tutmaqda rol oynadı. Azərbaycanda ordu quruculuğu işlərində həyata keçirilən tədbirlər, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülən tədbirlər, Qarabağ münaqişəsinin həlli dövlət başçısının fəaliyyətinin mərkəzində dururdu. Bu dövrdə Azərbaycanın iqtisadi uğurları, nailiyyətləri daha da böyüdü. Neft şirkətinin çəkisinin artması ilə bağlı tədbirlər görüldü. Yüzlərlə səhiyyə ocağının, müalicə - diaqnostika mərkəzlərinin, minlərlə məktəb binasının inşası reallaşdı. Trans-Anadolu və Trans -Adriatik qaz kəmərlərinin çəkilməsinə start verildi. Xəzərin Azərbaycan sektorunda "Azəri",​ "Çıraq " və "Günəşli " yataqlarının birgə işləməsi haqqında yeni saziş imzalandı. Bakı -Tbilisi -Qars dəmir yolu açıldı. Bütün bu fəaliyyətlər Azərbaycan xalqının bu gününün və gələcək rifahının gözəl olmasına xidmət edirdi.​​ Xalq bunları görməyə bilməzdi, hər şey xalqın gözü önündə baş verirdi.​​ ​ Nəhayət, 2018 - ci il aprelin 11 - də keçirilən seçkilərdə İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu dövr artıq elə bir dövrə.təsadüf edirdi ki, həm ölkənin itqisadi inkişafı, həm digər siyasi fəaliyyətləri ilə yanaşı Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və işğalda olan torpaqlarımızın azad olunması əsas problem kimi həllini tapmalı idi. Bu problemin həlli üçün dövlət başçımız bir çox məqsədyönlü addımlar atdı. Lakin Ermənistan hər zamankı kimi təxribatlara əl atıb müharibəyə sövq etdi Azərbaycanı. 2020-ci il sentyabrın 27 - də İkinci Qarabağ Müharibəsi başlandı. Artıq Möhtərəm Ali Baş Komandanımızın rəhbərliyi altında ən müasir silahlara sahib olan nizami Azərbaycan ordusu düşmənə cavab verməyə məcbur oldu. 44 gün davam edən, lakin öz xüsusi xətti ilə tarixə yazılan bu müharibə, əlbəttə ki, 10 noyabr tarixində Azərbaycanın "Böyük Zəfər"i ilə başa çatdı. Noyabrın 8-də Şuşanın azad olunduğu gün xalqımızın tarixinə və təqviminə "Zəfər Günü" kimi yazıldı. Bununla da möhtərəm Ali Baş Komandan İlham Əliyev xalqımızın 30 illik həsrətinə son qoydu. Azərbaycanın bütövlük haqqı bərpa olundu. Müstəqilliyimizin salnamə dövründə baş verən bu müharibədə minlərlə ölümə meydan oxuyan, Vətənin azadlıq və bütövlüyünü hər şeydən üstün tutan cəsarətli oğullarımız şəhid oldu, qazi oldu. Ordumuz bir əfsanə yaratdı bu döyüşdə. Bütün dünya "Dəmir yumruğ"un gücünü tanıdı. Bu nəticələr Cənab Prezident İlham Əliyevin rəhbərliyi və siyasəti ilə müşaiyət olunurdu.​​ İndi əsarətdən qurtulmuş o torpaqlarda yenidən böyük quruculuq işləri aparılır. Bəli, o torpaqlar Cənab Prezident İlham Əliyevin tapşırıq və sərəncamları ilə dünyanın ən inkişaf etmiş, müasir şəhər və kəndlərinə çevirilməkdədir. Bütün bu yaşadıqlarımız üçün Ali Baş Komandanımıza, Müzəffər ordumuza və şəhidlərimizə borcluyuq. Çox yaxın gələcəkdə o torpaqlara "Böyük qayıdış" başlayacaq.​​ ​ Təfəkkür, zəka, güc, savad, intellektual səviyyə birləşəndə yenilməz bir sərkərdə obrazı yaradır. Bütün bu xüsusiyyətlər Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevdə cəmlənmişdir. Xalqımız bu yenilməz dövlət başçısını sevir, dəstəkləyir, ona inanır və hər zaman ona arxalanır.Rahilə Mehdiyeva,Xocalı rayon Əhməd Cavadov adına Cəmilli kənd tam orta məktəbin müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib55 dəfə
    Təfəkkür zəka güc savad intellektual səviyyə birləşəndə yenilməz bir sərkərdə obrazı yaradır

    Maraqlı gələ bilər
    48
    59
    54
    66